İyunun 25-də saat 17 radələrində Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində kənd sakini U.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən həmkəndlisi Ayxan Əkbərovu vurub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Qarabaginfo.az-a verilən məlumatda bildirilib.
Nəticədə velosipedçi hadisə yerində ölüb.
Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.