Saytımızı qiymətləndirin


 
 

“Jurnalistin robota çevirməsini müşahidə eləmək məyusluq doğururdu” - MŞ sədri
Tarix: 27-10-2022 | Saat: 11:39
Bölmə:Karusel | çapa göndər

“Jurnalistin robota çevirməsini müşahidə eləmək məyusluq doğururdu” - MŞ sədri

 


"Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlərin” hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var.

Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən , əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb , müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməmək mümkünsüz idi".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid Yazıçılar Birliyinin qurultayında Xalq yazıçısı Çingiz Abdullayevlə jurnalist aarsında baş verən qalmaqala münasibət bildirərkən deyib. MŞ sədriniz sözlərinə görə, bəzi özünü media adlandıran , “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa - robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu:

"Amma orda kübar, özünü-sözünü bilən,müsahibə almaq üçün icazə istəyən , sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı. Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər.

“ Babam mənə kor deyib, gəlib gedəni vur deyib” əxlaqını peşə prinsipi kimi qəbul edənlərlə yalnız xaosa yuvarlanmaq olar. İctimaiyyətin qınağı, peşəkar jurnalistlərin dəstəyi və “Media haqqında” qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram".



Xəbəri paylaş

124 dəfə oxunub.

Digər xəbərlər