Tarix: 16-06-2022 | Saat: 10:42
Bölmə:Karusel / Siyasət | çapa göndər
Təhlükəsizlik beynəlxalq gündəliyin əsas məsələsinə çevrilib.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.
O bildirib ki, yeni yanaşmaların işlənib hazırlanması üçün fikir mübadiləsi və müzakirələrin aparılmasına ehtiyac var.
“Ötən il burada, “Gülüstan” sarayındakı görüşümüzdən sonra aydındır ki, dünya dəyişib. Dəyişikliklər fundamentaldır və proqnozlaşdırılmayan nəticələri var. Amma bu aydındır ki, dünya fərqli olacaq və o, artıq fərqlidir. Ona görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli baxışların ziddiyyətləri – yeni yanaşmaların işlənib hazırlanması üçün bunlara ehtiyac var. Əlbəttə hər bir ölkə buna töhfə verməlidir. İlk növbədə təhlükəsizlik tədbirləri ilə. Çünki təhlükəsizlik məsələləri indi beynəlxalq arenada, beynəlxalq gündəlikdə əsas məsələ olub”, - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, Qlobal Bakı Forumu bu məqsədlə əla platformadır.
Digər xəbərlər