Tarix: 10-06-2022 | Saat: 14:52
Bölmə:Karusel / Region | çapa göndər
““Ria Novosti” Qarabağ separatçısı Artak Beqlaryanla müsahibəni saytından silib. Xarici işlər naziri Sergey Lavrovun da səhvini düzəltdilər. Rusiya Mədəniyyət Nazirliyi isə erməni rəssamın “Dağlıq Qarabağın sirləri” sərgisinin adından Qarabağ sözünü çıxartdı”.
Qarabaqinfo.az-ın məlumatına görə, bu fikirləri Rusiyanın Azərbaycana qarşı təxribatlarını şərh edən siyasi analitik Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, Moskva bütün bunları xoşluqla deyil, Bakının tələbi qarşısında etməyə məcbur olur.
“Lakin bu cür təxribatlara yol verilməsi, ardınca edilən düzəlişlərin üç hədəfi var:
Birincisi, Rusiya Azərbaycanın “əsəblərini yoxlayır”, müqavimətinin hara qədər ola biləcəyini sınayır;
İkincisi, Bakıya “separatçıları legitimləşdirə də bilərik” mesajını verir;
Üçüncüsü, “separatizmin və təxribatın olmaması üçün Moskvanın mövqeyi nəzərə alınmalıdır” demək istəyirlər.”
Digər xəbərlər