Ana Sayfa > Karusel / Region > Rusiyanın son təxribatları: Moskva Bakının “əsəblərini yoxlayır” - ŞƏRH
Rusiyanın son təxribatları: Moskva Bakının “əsəblərini yoxlayır” - ŞƏRH10-06-2022, 14:52. Yazar: Admin |
““Ria Novosti” Qarabağ separatçısı Artak Beqlaryanla müsahibəni saytından silib. Xarici işlər naziri Sergey Lavrovun da səhvini düzəltdilər. Rusiya Mədəniyyət Nazirliyi isə erməni rəssamın “Dağlıq Qarabağın sirləri” sərgisinin adından Qarabağ sözünü çıxartdı”. Qarabaqinfo.az-ın məlumatına görə, bu fikirləri Rusiyanın Azərbaycana qarşı təxribatlarını şərh edən siyasi analitik Asif Nərimanlı deyib. Birincisi, Rusiya Azərbaycanın “əsəblərini yoxlayır”, müqavimətinin hara qədər ola biləcəyini sınayır; İkincisi, Bakıya “separatçıları legitimləşdirə də bilərik” mesajını verir; Üçüncüsü, “separatizmin və təxribatın olmaması üçün Moskvanın mövqeyi nəzərə alınmalıdır” demək istəyirlər.” Geri dön |