Ermənistan Rusiyadan bərə ilə yük daşımağa hazırlaşır...-Gürcüstan icazə verəcəkmi?...
Tarix: 07-06-2022 | Saat: 11:56
Bölmə:Karusel / Region | çapa göndər
1279 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-06-2022 | Saat: 11:56
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan həmin bərə ilə Rusiyadan silah da daşıya bilər...
Qara dənizdəki Ermənistan bərəsi vaxtında işə düşəcək və yüklərin Rusiyaya, eləcə də əks istiqamətdə daşınmasını sürətləndirəcək.
Qarabaginfo.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan iyunun 6-da Milli Assambleyada daimi parlament komissiyalarının birgə iclasında 2021-ci il dövlət büdcəsinin icrasının ilkin müzakirəsi zamanı bildirib.
"Kerobyan qeyd edib ki, bu gün Yuxarı Lars keçid məntəqəsində yaranmış vəziyyətə görə erməni istehsalçıları, ixracatçıları və idxalçıları böyük itkilərə məruz qalırlar.
Onun sözlərinə görə, indiki vəziyyətdə Ermənistanın istifadə etməyi planlaşdırdığı Qara dənizdən keçən bərə böyük fayda verəcək.
“Bu yaxınlarda hökumət üzvləri logistika şirkətləri ilə işləmək qaydası ilə bağlı razılığa gəliblər. Yeganə sual onun Gürcüstan limanlarında yerləşdirilməsi üçün icazə almaqdır. Yaxın vaxtlarda gürcü həmkarlarımızla məsələlər öz həllini tapacaq”, - deyə nazir əmin edib.
Eyni zamanda Kerobyan qeyd edib ki, normal şəraitdə bərə o qədər də effektiv olmayacaqdı, çünki avtomobil nəqliyyatına ən azı 2-3 gün uduzacaqdı.
“Lakin indi Larsda maşınları 20 gün dayandığı üçün bərə ilə yük daşımaq daha sürətli olacaq. Əvvəldə qeyd etdiyimiz kimi, bərə iyunun 15-dən fəaliyyətə başlamalıdır. O, tez xarab olan və iriqabaritli yüklərin ən azı bir hissəsini qəbul edə biləcək”, - deyə İqtisadiyyat Nazirliyinin rəhbəri qeyd edib.
O, həmçinin xatırladıb ki, hökumət 6 ay ərzində bərə daşıma xərclərini tam olaraq subsidiyalaşdıracaq.
Bərə "Cənubi Qafqaz Dəmir Yolu" və onun ana şirkəti Rusiya Dəmir Yolları ilə müqavilə bağlamış "C&M International" logistika şirkəti tərəfindən idarə olunacaq.
Şirkət bərə icarəyə götürəcək və həftədə iki reys həyata keçirəcək: Gürcüstanın Poti limanından Rusiya Qafqazına gediş və gəliş. Bərənin daşıma qabiliyyəti 50 yük maşını və 40 vaqon olacaq" -Ermənistan nəşrinin xəbərində belə deyilir.
P.S. Bəs görəsən, Gürcüstan ermənilərə öz quru ərazisi və suları vasitəsilə yük daşımağa icazə verəcəkmi? Ermənistan həmin bərə ilə Rusiyadan silah da daşıya bilər...
(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
14-06-2026, 07:33
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
1-11-2021, 19:14
“Paşinyan İvanişvilidən dörd dəfə böyük oliqarxla vuruşdu: Saakaşvilidən erməni ssenarisi AÇIQLAMASI
28-09-2022, 13:35
Xaricə pul köçürən bu şəxslər həbs olunacaq
9-02-2021, 13:00
Ermənistanın baş prokuroru qanunsuz şəkildə Qarabağa gəldi
23-08-2025, 21:16
Ramil Səfərovun həyat yoldaşı BDU-dakı işindən ayrıldı
22-09-2023, 10:50
“Qarabağdakı soydaşlarımız üçün 40 min yer hazırlamışıq”- PAŞİNYAN
21-03-2022, 23:05
Avropa İttifaqı tarixində ilk dəfə bu sənədi təsdiqlədi


















