Saytımızı qiymətləndirin


 
 

Bu yollarda tıxac var - Siyahı
Tarix: 07-06-2022 | Saat: 10:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu yollarda tıxac var

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Qarabaginfo.az-a verilən məlumata görə, aşağıdakı yollarda tıxac müşahidə olunur:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq;

3. Binəqədi şosesində - Biləcəri-Baksol yolu yolu ilə kəsişmədən Azadlıq prospekti metro stansiyasının istiqamətində sıxlıq;

4. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;

5. Ziya Bünyadov prospekti Heydər Əliyev prospekti ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda 20 Yanvar dairəsi istiqamətində sıxlıq;

6. Xətai prospektinin Tələt Şıxəliyev küçəsi ilə kəsişməsindən, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

7. 28 May küçəsinin, Puşkin küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq;

8. Dilarə Əliyeva küçəsinin, Puşkin küçəsi ilə kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Rəşid Behbudov küçəsi istiqamətində sıxlıq;

9. Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq;

10. Yusif Səfərov küçəsinin, Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

11. Şəmsi Bədəlbəyli küçəsinin, Mirzəağa Əliyev küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq;

12. Rəşid Behbudov küçəsinin, 28 May küçəsi ilə kəsişməsindən, Füzuli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq;

13. Heydər Əliyev prospektində, Koroğlu metro stansiyasının qarşısından Heydər Əliyev Mərkəzinin yanına qədər əsas və kənar yolda sıxlıq;

14. Abdulvahab Salamzadə küçəsində, Qələbə dairəsindən başlayaraq, Ceyhun Səlimov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq.



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər