Saytımızı qiymətləndirin


 
 

XİN rəhbərləri Azərbaycan qazının Bolqarıstana həcminin artırılmasını müzakirə edib
Tarix: 31-05-2022 | Saat: 14:36
Bölmə:Karusel / Siyasət | çapa göndər

Teodora Gençovska

 

“Mən azərbaycanlı həmkarımı əmin etdim ki, enerji resurslarının və təchizatı mənbələrinin diversifikasiyası Bolqarıstan hökumətinin prioritetləri sırasındadır”.

Bunu Bolqarıstan xarici işlər naziri Teodora Gençovska Ceyhun Bayramovla görüşdən sonra bildirib.

“Mən xatırlatdım ki, biz Yunanıstanla qaz bağlantısının tikintisinin tezliklə başa çatacağını gözləyirik ki, daha sonra Bolqarıstan üçün Azərbaycanla razılaşdırılmış təbii qazın həcmini tam reallaşdıra bilək”, - Gençovska əlavə edib.

Nazir qeyd edib ki, Bolqarıstan tərəfi Azərbaycandan işgüzar nümayəndə heyətinin ölkəyə səfərini təşkil etməyə hazırdır.

Bolqarıstanlı nazir iki ölkə arasında turist axının artırmaq üçün Sofiya-Bakı birbaşa uçuşlarının bərpa olunmasının vacibliyini vurğulayıb.



Xəbəri paylaş

1198 dəfə oxunub.

Digər xəbərlər