Tarix: 25-05-2022 | Saat: 18:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir:
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan dövlət müstəqilliyi illərində dünya birliyinin tamhüquqlu üzvünə çevrilib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə ölkədə siyasi və sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə istiqamətlənmiş kompleks dövlət islahatları yolu ilə inamla irəliləyir.
Əminəm ki, Sizin çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının inkişafına və onun xalqının rifahının yaxşılaşmasına xidmət edəcək, Müstəqil Dövlətlər Birliyi çərçivəsində səmərəli əməkdaşlığımız isə gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, bütün Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.
Digər xəbərlər