Tarix: 25-05-2022 | Saat: 15:34
Bölmə:Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev ötən gün rəqəmsal inkişaf və nəqliyyat nazirinə üç yeni müavin təyin edib. Ölkə başçısının müvafiq sərəncamları ilə bu vəzifəyə Cavid Qurbanov, Samir Məmmədov və Fərid Əhmədov təyinat alıblar.
Bu sərəncamlardan sonra rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavinlərinin sayı 6-ya çatıb: Əli Abdullayev (1-ci müavin), Rəhman Hümmətov, Rövşən Rüstəmov, Cavid Qurbanov, Samir Məmmədov və Fərid Əhmədov.
Dünəndən müzakirə olunan mövzu hansı nazir və komitə sədrinin daha çox müavinin olduğunu da gündəmə gətirib.
Modern.az saytı Nazirlər Kabinetinə daxil olan mərkəzi icra hakimiyyəti orqanlarına – nazirliklərə, komitələrə və onlara bərabər olan digər qurumlara rəhbərlik edən məmurların neçə müavinləri olduğunu araşdırıb. Bu müavinlərdən uzun müddətdir eyni kürsüdə əyləşənlər də var, nisbətən az staja malik olanlar da.
Bəs ən çox müavini olan nazir, ya da komitə sədri kimdir?
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun 5 müavini var: polis general-leytenantı Seyfulla Əzimov (1-ci müavin), polis general-leytenantı Oruc Zalov, polis general-leytenantı İsmət Əliyev, polis general-leytenantı Şahin Məmmədov (Daxili Qoşunların komandanı), polis general-leytenantı Fazil Quliyev (Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi).
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 3 müavin postu var. Nazir Muxtar Babayevin müavinləri bunlardı: Firdovsi Əliyev, Rauf Hacıyev və Vüqar Kərimov.
Energetika naziri Pərviz Şahbazov da 3 müavinlə işləyir: Samir Vəliyev, Elnur Soltanov, Kamal Abbasov.
Ədliyyə naziri Fikrət Məmmədovun müavinləri isə 5 nəfərdi: Toğrul Musayev, Vilayət Zahirov, Azər Cəfərov, Eldar Nuriyev, Ceyhun Həsənov (Penitensiar Xidmətin rəisi).
Əmək və əhalinin sosial müdafiəsi nazir Sahil Babayev 4 müavinlə çalışır: Anar Əliyev, Vüsal Nəsirli, Anar Kərimov, Hidayət Abdullayev.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov həmkarları arasında ən çox müavini olan nazirdi - o, 8 müavinlə işləyir: general-leytenant Rəfail Mirzəyev (1-ci müavin), tibb xidməti general-leytenantı Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev, general-leytenant Ragim Lətifov, general-mayor Teymur Mehdiyev, daxili xidmət general-leytenantı Nazim Məmmədov, Orucəli Hacıyev, Tapdıq Əmiraslanov.
Gənclər və idman naziri Fərid Qayıbovun 3 mavini var: İndira Hacıyeva, Mariana Toteva Vasileva, Fərhad Hacıyev.
Xarici işlər naziri Ceyhun Bayramovun 5 müavini var. Mahmud Məmmədquliyev, Araz Əzimov, Xələf Xələfov, Fariz Rzayev, Elnur Məmmədov.
İqtisadiyyat naziri Mikayıl Cabbarov da ən çox müavini olan nazirlərdəndi, o, 6 müavinlə çalışır: Elnur Əliyev (1-ci müavin), Sahib Ələkbərov, Nizayi Səfərov, Sevinc Həsənova, Sahib Məmmədov, Rövnəq Abdullayev.
Kənd təsərrüfatı naziri İnam Kərimovun tabeleyində 3 müavin var: İlhamə Qədimova, Elçin Zeynalov, Sarvan Cəfərov.
Maliyyə naziri Samir Şərifovun 2 müavini var: Azər Bayramov, Cavanşir Yusifov.
Mədəniyyət naziri Anar Kərimov 3 müavinlə işləyir: Vaqif Əliyev, Sevda Məmmədəliyeva, Elnur Əliyev.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müavinlərinin sayı 6-dır. Amma hazırda 1 yerə təyinat olmadığından boşdur: general-polkovnik Kərim Vəliyev (1-ci müavin, Ordunun Baş Qərargah rəisi), general-leynenant Nizam Osmanov (Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi), general-leynenant Ənvər Əfəndiyev (Quru Qoşunların komandanı), general-polkovnik Kərəm Mustafayev (Əlahiddə Ümumqoşun Ordu komandanı), general-leynenant Ramiz Tahirov (Hərbi Hava Qüvvələrinin komandanı), nazir müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi postu vakantdır.
Müdafiə sənayesi naziri Mədət Quliyevin cəmi 2 müavini var: Mehman Baxışov, Yəhya Musayev.
Səhiyyə naziri Teymur Musayevin bu ilin fevralında təyin olunmuş 3 müavini var: İlqar Rasımov, Rasim İsmayılov, Nadir Zeynalov.
Təhsil naziri Emin Əmrullayev də 3 müavinlə işləyir: Firudin Qurbanov, İdris İsayev, Muxtar Məmmədov.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2 xanım müavinlə çalışır: Sədaqət Qəhrəmanova, Aynur Sofiyeva.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun da müavinlərinin sayı 2 nəfərdi: Valeh Hacıyev (1-ci müavin), Vaqif Seyidbəyov.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının 4 müavini var: Səyyad Salahov (1-ci müavin), Siyavuş Heydərov, Gündüz İsmayılov, Sahib Nağıyev.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevə 5 müavin kömək edir: gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov (1-ci müavin), gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev, gömrük xidməti general-mayoru İqbal Babayev, gömrük xidməti general-mayoru Cavad Qasımov.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun müavinlərinin sayı 3 nəfərdi: Vahab Məmmədov (1-ci müavin), Rauf Səlimov, Yusif Yusifov.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin 3 müavini var: Namiq Hümmətov (1-ci müavin), Dövlətxan Dövlətxanov, İlqar İsbatov.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin 2 müavini var: Sabir Əhmədov, Fuad Hüseynov.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun müavinləri 2 nəfərdi: Vəli Nağıyev (1-ci müavin), Elman Əliyev.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzovun 3 müavini var: Rəşad Mafusov, Balarəhim Quliyev, Zəkiyyə Mustafayeva.
Digər xəbərlər