Saytımızı qiymətləndirin


 
 

BMT Ukraynada öldürülən dinc sakinlərin sayını açıqlayıb
Tarix: 21-05-2022 | Saat: 07:00
Bölmə:Karusel / Region | çapa göndər

BMT-nin Bakı ofisi bayrağı endirdi - Səbəb

BMT Ukraynada öldürülən dinc sakinlərin sayını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, məlumatlar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında təqdim edilib.

Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı artıq 3 838 nəfər həlak olub.

"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3 838 nəfərin öldüyünü və 4 351 dinc sakinin xəsarət aldığını təsdiqləyib. Bunlar fevralın 24-dən mayın 19-u gecə yarısına qədər olan məlumatlardır", - komissarlıqdan bildirilib.

Bildirilir ki, mülki əhali arasında itkilərin əksəriyyətinə geniş mənzilli partlayıcı silahlar, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi, həmçinin raket və hava zərbələri səbəb olub.



Xəbəri paylaş

1304 dəfə oxunub.

Digər xəbərlər