Ana Sayfa > Karusel / Region > BMT Ukraynada öldürülən dinc sakinlərin sayını açıqlayıb
BMT Ukraynada öldürülən dinc sakinlərin sayını açıqlayıb21-05-2022, 07:00. Yazar: Admin |
BMT Ukraynada öldürülən dinc sakinlərin sayını açıqlayıb. Qarabaginfo.az xəbər verir ki, məlumatlar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında təqdim edilib. Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı artıq 3 838 nəfər həlak olub. "BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3 838 nəfərin öldüyünü və 4 351 dinc sakinin xəsarət aldığını təsdiqləyib. Bunlar fevralın 24-dən mayın 19-u gecə yarısına qədər olan məlumatlardır", - komissarlıqdan bildirilib. Bildirilir ki, mülki əhali arasında itkilərin əksəriyyətinə geniş mənzilli partlayıcı silahlar, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi, həmçinin raket və hava zərbələri səbəb olub. Geri dön |