Tarix: 21-05-2022 | Saat: 01:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
ABŞ Ukraynaya “Patriot” zenit-raket komplekslərini təhvil verəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Onlar Senat tərəfindən bu yaxınlarda təsdiqlənmiş 40 milyard dollarlıq yeni yardım paketinin bir hissəsi olacaq.
Mayın 19-da təsdiqlənən yeni yardım paketi Ukraynaya 20 milyard dollarlıq hərbi yardımı nəzərdə tutur. Nəşrin məlumatına görə, ABŞ Ukrayna ordusuna “Patriot” və uzaqmənzilli artilleriya kimi silah sistemlərinin verilməsini maliyyələşdirməyi planlaşdırır.
Bundan əlavə, yardım paketinə Ukraynaya qlobal ərzaq yardımı üçün təxminən 5 milyard dollar və qaçqınlara 1 milyard dollardan çox dəstək daxildir.
"Patriot" zenit-raket sistemidir, qısa mənzilli ballistik raketləri, təyyarələri və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulub.
Digər xəbərlər