Saytımızı qiymətləndirin


 
 

Paşinyan Təhlükəsizlik Şurasında nədən danışıb? - TƏFƏRRÜAT
Tarix: 20-05-2022 | Saat: 13:32
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan Təhlükəsizlik Şurasında nədən danışıb? - TƏFƏRRÜAT

Ermənistan Təhlükəsizlik Şurasının mayın 18-də keçirilmiş iclasının bəzi təfərrüatları məlum olub. 

Qarabaginfo.az modern.az-a istinadən xəbər verir ki, “Joğovurd” qəzeti yazır ki, iclasda Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aid cari məsələlərlə yanaşı, baş nazir Nikol Paşinyanın Moskva səfəri və orada keçirdiyi görüşlər, eləcə də Ermənistanın daxili siyasi həyatına dair məsələlər müzakirə olunub.

Məlumata görə, təhlükəsizlik sisteminin nümayəndələri ölkədəki vəziyyəti baş nazirə çatdıraraq, Fransa meydanına toplaşanların sayının artmadığı üçün narahat olmağa heç bir əsasın olmadığını bildiriblər.

Amma təhlükəsizlik orqanı əməkdaşlarının sakitləşdirici məlumatlarına baxmayaraq, baş nazir Paşinyan ona gündəlik, səhər və axşam hesabat verməyi tapşırıb.

“Joğovurd” qəzeti yazır Təhlükəsizlik Şurasının iclası zamanı ən çox Rusiya səfəri və daxili siyasi vəziyyətə diqqət yetirildiyindən, sərhəd təhlükəsizliyi məsələləri kölgədə qalıb.

Təhlükəsizlik Şurasının iclasında qurumun üzvləri ilə yanaşı, prezident Vaaqn Xaçaturyan, parlamentin  sədri Alen Simonyan, baş nazirin aparat rəhbəri Arayik Arutyunyan və müdafiə nazirinin müavini Karen Brutyan da iştirak edib.

“Joğovurd”un məqaləsində Nikol Paşinyanın Rusiyadan qayıdandan sonra İrəvandakı etiraz aksiyalarına qarşı sərt tədbirlərə əl atılmasına da diqqət çəkilib.

 



Xəbəri paylaş

1267 dəfə oxunub.

Digər xəbərlər
24-11-2022, 17:31 İranda güclü zəlzələ