Saytımızı qiymətləndirin


 
 

Putinin kiçik qızının adı Zelenski ilə hallandı - Onların bir uşağı da varmış - FOTOLAR
Tarix: 19-05-2022 | Saat: 16:19
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya prezidenti Vladimir Putinin kiçik qızı Yekaterina Tixonova haqda yeni xəbər yayılıb.

Qarabaginfo.az xəbər verir ki, “Der Spiegel” jurnalının məlumatına görə, Yekaterina Tixonovanın adı 52 yaşlı rəssam İqor Zelenski ilə birlikdə çəkilməyə başlayıb.
 

Rusiyadan olan İqor Zelenski Almaniyada yaşayır, o, Bavariya Dövlət Baletinin keçmiş direktorudur


Jurnalistlər Yekaterina Tixonovanın Almaniyaya uçuşları ilə bağlı məlumatları Rusiya Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı – Putinin qızının şəxsi mühafizəçisi Aleksey Skripçakın elektron poçtundan götürülən sənədlərdən öyrəniblər.




İqor Zelenski 2016-cı ildə Bavariya Dövlət Baletinin bədii rəhbəri təyin edilib və sonra Almaniyada yaşamağa başlayıb.


Məlumata görə, Putinin qızı son iki ildə təxminən 50 dəfə Almaniyanın Münhen şəhərinə uçub və 2019-cu ilin sonunda ora köçmək istəyib. Jurnalistlərin araşdırmasına görə, Zelenski və Tixonovanın 2017-ci ildə anadan olan birgə qızı da var və uşağın atasının adı sənədlərdə İqor kimi yazılıb.


Qeyd edilir ki, İqor Zelenski 2018-ci ildən Putinin təşəbbüsü ilə yaradılan Milli Mədəni İrs Fondunun Müşahidə Şurasının üzvüdür.


Zelenski 2006-cı ildən Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrının truppasına rəhbərlik edib, 2011-ci ilin iyununda isə Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının bədii rəhbəri olub.


Zelenskinin Bavariya Baleti ilə müqaviləsi 2025-ci ildə başa çatmalı idi, lakin bnu ilin aprel ayında o, ailəvi səbəblərə görə istefa verdiyini açıqlayıb.


Rusiya prezidenti Vladimir Putinin 2 qız övladının olduğu məlumdur. Prezidentin kiçik qızı Yekaterina Tixonova böyük qızı Mariya ilə müqayisədə çox ictimai fəaliyyətdədir və buna görə də daha çox tanınır. Moskva Dövlət Universitetini bitirən Tixonovanın bu elm ocağında Milli İntellektual Ehtiyat Mərkəzinə rəhbərlik etdiyi bildirilir.(Modern.az)



Xəbəri paylaş

1320 dəfə oxunub.

Digər xəbərlər