Saytımızı qiymətləndirin


 
 

Qarabağda bərpası nəzərdə tutulan abidələrin siyahısı açıqlanıb
Tarix: 19-05-2022 | Saat: 15:16
Bölmə:Karusel / Region | çapa göndər

Emin Hüseynov

 

"Münaqişədən sonra biz bərpa və yenidənqurma mərhələsinə başlamışıq. Buradakı mədəni irs Azərbaycandakı mədəni müxtəlifliliyi əks etdirir".

Qarabaginfo.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunan ərazilərdə (Şuşa istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, artıq Qarabağda bir sıra abidələrin bərpası prosesi başlayıb: "Biz artıq Ağdam Cümə məscidinin və Xocavənd və Tərtər rayonlarındakı xristian abidələrinin bərpasına başlamışıq".

Emin Hüseynov gələcəkdə bərpası nəzərdə tutulmuş mədəni irslərin də adını çəkib: "Eyni zamanda, Xurşudbanu Natəvanın heykəlinin, Nizaminin məşhur qəhrəmanı olan Fərhadın Ağdamdakı heykəlinin, İmarət sarayının və İmarət stadionunun bərpasını da planlaşdırmışıq".



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər