Ermənistanda deputat saxlanılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Məclisin “Hayastan” fraksiyasının üzvü Qeqam Manukyan "Facebook"da canlı yayım zamanı bildirib. Deputat qeyd edib ki, qırmızı və ağ beretlilər növbəti dəfə Ermənistan Respublikasının qanunlarını pozublar:
“Deputat Tadjos Avetisyan həbs olundu. Xəbərdarlıq etməyimə baxmayaraq, onlar bunu etdilər və polislərin buna haqqı yoxdur. Deputatı heç bir əsaslandırma olmadan polis maşınına mindirib və həbs ediblər”, – Qeqam Manukyan bildirib.(Yenisabah)