Tarix: 15-05-2022 | Saat: 17:50
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ İsveç və Finlandiyaya NATO-ya daxil olmamışdan əvvəl hücuma məruz qalacağı təqdirdə hərbi dəstək verəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi BBC-yə açıqlamasında deyib.
"Əgər onların ərizələrinə baxılarkən və NATO-ya daxil olmaq prosesi zamanı hər hansı hərbi dəstəyə ehtiyacları varsa, bizim hər iki ölkə ilə münasibətlərimiz onlara əlavə dəstək göstərməyə imkan verəcək", - Kirbi bildirib.
Onun sözlərinə görə, Vaşinqton Rusiyanın bəyanatlarından narahatdır, çünki öz ölkələrinin taleyini yalnız İsveç və Finlandiya xalqları özləri müəyyən etməlidirlər.
Xatırladaq ki, Finlandiya bu gün NATO-ya üzvlüklə bağlı rəsmi qərarını elan edib. Yaxın bir neçə saat ərzində parlament tərəfindən təsdiqlənməlidir.
İsveç mətbuatının məlumatına görə, Stokholm ərizəsini mayın 17-də təqdim edəcək.
Digər xəbərlər