Tarix: 11-05-2022 | Saat: 01:10
Bölmə:Karusel / Gündəm | çapa göndər
Mayın 10-da Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
Qarabaginfo.az-ın verdiyi xəbərə görə, tədbirdə çıxış edən səfir Elin Süleymanov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaranması, qorunması, bugünkü güclü dövlətə çevrilməsindəki mühüm önəmindən danışıb, ümummilli liderin ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib. Səfir qeyd edib ki, Azərbaycanın bugünkü uğurlarında ümummilli liderin inanılmaz zəhmətləri olub, o, hər zaman xalqını və dövlətini düşünüb.
Səfir Elin Süleymanov ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Qarabağda qazandığı nailiyyətlərdən, Azərbaycan xalqının qəhrəmanlığından danışıb.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyevlə bağlı öz xatirələrini bölüşüblər. Əməkdar incəsənət ustası, tarzən Rafiq Rüstəmov və nağara ifaçısı Vedat Qafqazlı Heydər Əliyevin sevdiyi Azərbaycan musiqilərini səsləndiriblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən kitab, jurnallar və fotosərgi nümayiş etdirilib.
Digər xəbərlər