Saytımızı qiymətləndirin


 
 

İran XİN Vyana danışıqlarında ümumi razılığa gəlindiyini açıqlayıb
Tarix: 09-05-2022 | Saat: 16:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

İran XİN Vyana danışıqlarında ümumi razılığa gəlindiyini açıqlayıb

İran və 4+1 ölkələri Vyana müzakirələrində ümumi razılığa gəlib və sazişin mətni hazırdır. Yegana qalan məsələ ABŞ-ın cavabıdır.

Qarabaginfo.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçridiyi həftəlik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ-ın qərarı Vyanada sazişin rahatlıqla imzalanmasına gətirib çıxara bilər. "Vyana müzakirələrinin koordinatoru Enrike Moranın Tehrana səfəri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Avropa İttifaqının Xarici Əlaqәlәr vә Tәhlükәsizlik Siyasәti üzrә Ali Nümayәndәsi Cozef Borrel ilə telefon danışığından sonra baş tutub. Tehranda nümayəndələrin görüşüb müzakirə aparması zərurəti var idi".

S.Xətibzadə Qətər əmirinin Tehrana səfər edəcəyi xəbərini təsdiqləyib və bildirib ki, bu səfər tezliklə baş tutacaq. O, səfər çərçivəsində iki tərəfli əlaqələr və regional məsələrin müzakirə olunacağını qeyd edib.



Xəbəri paylaş

1276 dəfə oxunub.

Digər xəbərlər