Saytımızı qiymətləndirin


 
 

Rusiya Ukraynaya məxsus üç “Mi-8” helikopterini, “İsgəndər” raketlərini vurub
Tarix: 07-05-2022 | Saat: 21:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya Müdafiə Nazirliyi

Rusiya operativ-taktiki və ordu aviasiyası desant qoşunları ilə birlikdə “İlan” adası yaxınlığında Ukraynaya məxsus üç “Mi-8” helikopterini və iki “Su-24” və “Su-27” təyyarələrini vurub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

“İlan” adasında Ukraynaya məxsus “Su-24” bombardmançısı, bir “Su-27” qırıcısı, üç “Mi-8” helikopteri və iki “Bayraktar-TB2” pilotsuz uçuş aparatı vurulub. Ukraynanın "Stanislav" hücum kateri də məhv edilib”,- deyə Konaşenkov bildrib.

Rusiya Silahlı Qüvvələri ABŞ və Aİ-dən Ukrayna Silahlı Qüvvələrinə verilən “İsgəndər” silahlarını və Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini məhv edib.

Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələri Ukrayna Ordusunun 42 canlı qüvvəsinin cəmləşdiyi ərazini və iki sursat anbarını vurub.



Xəbəri paylaş

1294 dəfə oxunub.

Digər xəbərlər