Ana Sayfa > Karusel / Gündəm > Rusiya Ukraynaya məxsus üç “Mi-8” helikopterini, “İsgəndər” raketlərini vurub

Rusiya Ukraynaya məxsus üç “Mi-8” helikopterini, “İsgəndər” raketlərini vurub


7-05-2022, 21:47. Yazar: Admin

Rusiya Müdafiə Nazirliyi

Rusiya operativ-taktiki və ordu aviasiyası desant qoşunları ilə birlikdə “İlan” adası yaxınlığında Ukraynaya məxsus üç “Mi-8” helikopterini və iki “Su-24” və “Su-27” təyyarələrini vurub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

“İlan” adasında Ukraynaya məxsus “Su-24” bombardmançısı, bir “Su-27” qırıcısı, üç “Mi-8” helikopteri və iki “Bayraktar-TB2” pilotsuz uçuş aparatı vurulub. Ukraynanın "Stanislav" hücum kateri də məhv edilib”,- deyə Konaşenkov bildrib.

Rusiya Silahlı Qüvvələri ABŞ və Aİ-dən Ukrayna Silahlı Qüvvələrinə verilən “İsgəndər” silahlarını və Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini məhv edib.

Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələri Ukrayna Ordusunun 42 canlı qüvvəsinin cəmləşdiyi ərazini və iki sursat anbarını vurub.


Geri dön