Rusiya UEFA-ya üzvlükdən ayrılmağa hazırlaşır.
Qarabaginfo.az "Sky Germany"yə istinadən xəbər verir ki, buna səbəb UEFA-nın Rusiyanın milli komandalarını və klublarını qurumun turnirlərindən kənarlaşdırmasıdır. Qitənin ali futbol qurumu Ukraynaya hərbi müdaxiləyə görə Rusiyanın klublarını növbəti mövsüm üçün avrokuboklardan kənarlaşdırıb. Rusiya millisi isə Millətlər Liqasından uzaqlaşdırılıb.
Verilən qərarlardan sonra Rusiyanın UEFA-dan ayrılmağa hazırlaşdığı və Asiya Futbol Konfederasiyasına qatılmaq üçün çalışmalara başladığı bildirilib.