“Rusiya hərbçiləri məni xilas etdi, türklərin əlinə keçmədim...”-Erməni terrorçu
Tarix: 04-05-2022 | Saat: 15:32
Bölmə:Karusel / Siyasət | çapa göndər
1323 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-05-2022 | Saat: 15:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Bu addımı atdım ki, türklər bilsinlər ki, bizim ağrımız yerindədir, bu savaşı biz uduzmadıq, hökumət və rəhbərlik uduzdu...”
“Rusiya sülhməramlıları məni dərhal götürdülər, türklərin əlinə keçmədim. Yəni rus hərbçilər məni xilas etdilər və sonra evə buraxdılar”.

Qarabaginfo.az Moderator.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində 2021-ci il noyabrın 13-də Şuşa yaxınlığındakı Azərbaycan hərbçilərinin postuna qumbara atmış separatçı erməni terrorçusu Norayr Mirzoyan söyləyib.
N.Mirzoyan Şuşanın Daşaltı kəndində anadan olub. Hazırda Xankəndində yaşayır.
"Dünən onunla Fransa Meydanında görüşdük. O, Paşinyana qarşı və Artsax uğrunda nümayişlərdə iştirak etmək üçün İrəvana gəlib. O, bizimlə söhbətində əvvəlcə onu azərbaycanlılara qumbara atmağa nəyin vadar etdiyini açıqladı"- deyə erməni müxbir yazır.
“Mən Karintakdanam(Daşaltı-S.L.), Şuşidənəm, bura bizim yol ayrıcımızdır. Bu addımı atdım ki, türklər bilsinlər ki, bizim ağrımız yerindədir, bu savaşı biz uduzmadıq, hökumət və rəhbərlik uduzdu”- erməni terrorçusu həyasızcasına belə deyib.
Xatırladaq ki, 2021-ci noyabrın 13-də erməni terrorçu Norayr Mirzoyan Azərbaycan ordusunun Şuşa yaxınlığındakı postuna əl qumbarası ataraq 3 hərbçimizi yaralayıb. Terrorçu erməni dərhal Rusiya hərbçiləri tərəfindən saxlanılaraq Xankəndindəki separatçı-terrormu rejim rəhbərliyinə təhvil verilib.
Azərbaycan Baş Prokurorluğu CM-nin müvafiq maddəsi ilə cinayət işi qaldırsa da, N.Mirzoyan hələ də Azərbaycan torpaqlarında sərbəst gəzir...
Xəbəri paylaş
Digər xəbərlər
5-02-2018, 12:49
Azərbaycan sahibkarları “MDB ölkələrinin Şəkər Bazarı 2018” konfransına dəvət edilib
12-02-2026, 21:03
Rusiyanın Xarkova hücumlarında 2 nəfər ölüb, 20 yaralı var
27-03-2023, 14:27
Azərbaycanda 2877 nəfər ilk dəfə vərəmə yoluxub
4-08-2024, 09:51
ABŞ və İsrail İranın hücumunun bazar ertəsi olacağını gözləyir
25-04-2022, 20:55
Bakıda mənzildən meyit tapılıb
23-09-2025, 07:55
Əhməd əl-Şaraa: SDG-nin Suriya ordusuna inteqrasiyasını təklif etdik
25-06-2019, 15:39
Prezident Ramil Usubovu qəbul etdi - Fotolar
8-10-2024, 15:10
Britaniya Rusiya SQ-nin bəzi hərbçilərinə Ukraynada kimyəvi silahdan istifadəyə görə sanksiya tətbiq edib
28-12-2023, 09:54
Sulutəpədə 2 nəfər dəm qazından boğularaq ölüb

















