Tarix: 04-05-2022 | Saat: 14:05
Bölmə:Karusel / Siyasət | çapa göndər
Türkiyə Xarici İşlər Nazirliyi Vyanada Türkiyə və Ermənistan xüsusi nümayəndələri Serdar Kılıçla Ruben Rubinyan arasında normallaşma prosesi ilə bağlı keçirilən üçüncü danışıqlar barədə məlumat yayıb.
Qarabaginfo.az xəbər verir ki, görüş zamanı “konkret irəliləyiş üçün atıla biləcək mümkün addımların müzakirə edildiyi” bildirilib.
“Xüsusi nümayəndələrin prosesin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqları bir daha təkrarlanıb. Xüsusi nümayəndələr proses vasitəsilə iki ölkə arasında tam normallaşmaya nail olmaq kimi daha əvvəl elan edilmiş hədəfi bir daha təsdiqləyiblər”, - Türkiyə XİN-in yaydığı məlumatda deyilir.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan nümayəndələri arasında ilk danışıqlar yanvarın 14-də Moskvada baş tutub. Bu görüşdə Ermənistanla Türkiyə arasında 2020-ci ildə başa çatan uçuşların bərpasına qərar verilib və fevral ayından qarşılıqlı uçuşlara başlanılıb. Xüsusi nümayəndələrin ikinci görüşü fevralın 24-də yenidən Vyanada keçirilib. Proses çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11-13 mart tarixlərində Antalyada keçirilən Antalya Diplomatiya Forumunda iştirak edib.
Xatırladaq ki, danışıqlarda Türkiyəni Amerikadakı keçmiş səfiri Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan təmsil edir.
Digər xəbərlər