Saytımızı qiymətləndirin


 
 

ATƏT Ukraynada Xüsusi Monitorinq Missiyasının bağlanması üçün addımlar atacaq
Tarix: 28-04-2022 | Saat: 19:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

ATƏT Ukraynada Xüsusi Monitorinq Missiyasının bağlanması üçün addımlar atacaq

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və ATƏT-in Baş katibi Helqa Şmid ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının bağlanması üçün addımların atılacağını bəyan edib.

Qarabaginfo.az ATƏT-in saytına istinadən xəbər verir ki, bu qərar martın 31-də ATƏT-in Daimi Şurasında Missiyanın mandatının uzadılması ilə bağlı konsensusun əldə olunmamasından sonra verilib.

“Bu, asan qərar deyil. Biz Xüsusi Monitorinq Missiyasının mandatının yenilənməsinə nail olmaq üçün iştirakçı dövlətlərlə siyasi dialoq vasitəsilə bütün mümkün variantları araşdırdıq, lakin Rusiya Federasiyasının mövqeyi bizə missiyanı bağlamaq üçün addımlar atmaqdan başqa seçim qoymadı”, - ATƏT sədri bildirib.

O deyib ki, Missiya regionda obyektiv məlumatların ötürülməsində, atəşkəsin əldə olunmasında və münaqişənin mülki əhaliyə təsirinin azaldılmasında mühüm rol oynayıb: “Polşa sədrliyi ATƏT-in Ukraynadakı gələcək rolu ilə bağlı alternativləri araşdırmaq üçün iştirakçı dövlətlərlə təmasa davam edəcək”.

ATƏT Baş katibi Helqa Şmid isə vurğulayıb ki, Missiya son 8 il ərzində obyektiv faktlar təqdim edib, dialoqu asanlaşdırmaqla və milyonlarla insanın asılı olduğu mülki infrastrukturun təmirinə imkan verib: “ATƏT Missiyanı mümkün qədər məsuliyyətli və səmərəli şəkildə bağlamaq üçün dərhal operativ, inzibati və maliyyə addımlarını atacaq, Ukrayna üzrə missiya üzvlərinin təhlükəsizliyi prioritet olaraq qalacaq”.



Xəbəri paylaş

1259 dəfə oxunub.

Digər xəbərlər