Saytımızı qiymətləndirin


 
 

Həmyaşıdını yaralayan məktəbliyə hökm oxundu - “Mağazadan bıçaq alıb getdim”
Tarix: 28-04-2022 | Saat: 17:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Həmyaşıdını yaralayan məktəbliyə hökm oxundu

Ötən ilin 3 sentyabrında Bakı şəhəri, Nizami rayonu ərazisində 2005-ci il təvəllüdlü Yusif Əlizadənin həmyaşıdı Orxan Məmmədzadəni (ad-soyadlar şərtidir) bıçaqlaması hadisəsinin təfərrüatı məlum olub.

Qarabaginfo.az-ın məlumatına görə, hadisəni törədən Yusif Nizami rayonunda yerləşən məktəblərdən birinin, bıçaqlanan Orxan isə yaxınlıqdakı digər məktəbin şagirdi olub. Belə ki, yaxın dost olan Orxanla Yusifin münasibətləri ötən ilin may ayında pozulub. Buna səbəb isə Orxanın Yusifin 8-ci sinifdə oxuyan bacısına qarşı sevgi münasibətinin yaranmasıdır. Əvvəlcə Yusif Orxanın bacısı ilə yazışıb-danışmasına etiraz etməsə də, sonradan onların münasibətləri pisləşib.

Yusifin sözlərinə görə, Orxan dostlarına onun haqqında xoşagəlməz sözlər danışmağa başlayıb: “Mənə dedilər ki, Orxan mənim və bacım haqqında pis sözlər danışır, təhqir edir. Onun bu hərəkətlərindən bezmişdim. Mənim qeyrətsiz olduğumu deyib. Məni “pis oğlan” kimi tanıdırdı”.

Hadisə baş verən gün Orxan dostları ilə məktəbin yaxınlığındakı “besedka”ya gələrək söhbət edib və Yusifi də oraya çağırıb. Yusif isə həmin yerə gedərkən mağazadan bıçaq alıb və üzərində aparıb. Burada söhbət zamanı o, gətirdiyi bıçaqla Orxana 3 zərbə endirib. Xəstəxanaya çatdırılan məktəblinin həyatını xilas etmək mümkün olub.

Məhkəmə 2005-ci il təvəllüdlü məktəblini 1 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edib. Azadlıqda qalan məktəbli ilə bağlı “valideyn himayəsində qalma” qətimkan tədbiri qüvvədə saxlanılıb.



Xəbəri paylaş

267 dəfə oxunub.

Digər xəbərlər