Saytımızı qiymətləndirin


 
 

Kəlbəcərdə yerüstü sulardan istifadə olunacaq
Tarix: 27-04-2022 | Saat: 14:42
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Kəlbəcərdə yerüstü sulardan istifadə olunacaq

Kəlbəcər şəhərinin magistral xətti bərpa edilib və rayon ərazisində yerləşən hərbi, mülki obyektlər su ilə təmin olunub.

Bunu "Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, Kəlbəcərin baş planı hazır olandan sonra, rayon ərazisində yerüstü sulardan istifadə olunacaq.

"İndidən orada necə su anbarı tikiləcəyini dəqiq deyə bilmərik. Bildiyiniz kimi, yerüstü sularda kəşfiyyat deyil, daha çox qiymətləndirmə aparılır. Yəni, suyun debiti yayda və qışda necə olur, suyun keyfiyyəti necədir, yağıntılı dövrlərdə sel daşqınları zamanı suyun çirklənməsi necə olur və s. Bunlar hamısı kompleks şəkildə araşdırılır və sonda qərar veriləcək. Əsas odur ki, içməli su mənbəyi ilə bağlı heç bir problemimiz yoxdur. Orada çox keyfiyyətli su ehtiyatları, bol suyumuz var",- deyə Anar Cəbrayıllı qeyd edib.



Xəbəri paylaş

239 dəfə oxunub.

Digər xəbərlər