Saytımızı qiymətləndirin


 
 

Rusiya Dövlət Dumasının sədri Zelenskini HƏDƏLƏDİ
Tarix: 26-04-2022 | Saat: 10:26
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukrayna prezidenti Vladimir Zelenskini hədələyib.

Qarabaqinfo.az xəbər verir ki, rusiyalı jurnalistlərə qarşı sui-qəsd planlarını şərh edən Duma sədri Ukraynanı terrorçu dövlət adlandıraraq, “Zelenski buna görə cavab verməlidir” deyib.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti jurnalistlər Vladimir Solovyov, Olqa Skabeeva, Yevgeni Popov, Dmitri Kiselyov və Marqarita Simonyanın həyatına sui-qəsdin qarşısının alındığını bəyan edib.


Vyaçeslav Volodinin sözlərinə görə, Rusiya ukraynalılara qarşı müharibəyə başladıqdan sonra “rəsmi Kiyev dinc insanlara qarşı terror hücumlarına keçib”.

"Bunu etiraf etmək lazımdır: Ukrayna terrorçu dövlətdir. Zelenski cavab verməlidir. Günahkarlar cəzalandırılmalıdır", - Volodin Telegram kanalında yazıb.
 

O əlavə edib ki, baş verənlər Rusiya Federasiyasının Ukraynada “xüsusi hərbi əməliyyat”a başlamasının düzgünlüyünü və vaxtında olduğunu sübut edir.



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər