Saytımızı qiymətləndirin


 
 

Putinin Baş nazirə məktubu bilərəkdən gizlədildi
Tarix: 25-04-2022 | Saat: 14:56
Bölmə:Karusel / Siyasət | çapa göndər

 Putinin Baş nazirə məktubu bilərəkdən gizlədildi

 


Rusiya prezidenti Pakistanın yeni Baş naziri Şahbaz Şərifə təyinatından bir gün sonra təbrik məktubu göndərib.

Qarabaginfo.az“Business Standard”a istinadla xəbər verir ki, Vladimir Putin və Şahbaz Şərif arasında məktub mübadiləsi xəlvəti aparılıb.

Xatırladaq ki, bundan əvvəl Pakistanın devrilmiş Baş naziri İmran Xan Vaşinqtonun istəklərinin əksinə olaraq Moskvaya səfəri onun istefasına səbəb olub.

Digər bir nəşrin - “Express Tribune”nin məlumatına görə, məktublar ictimaiyyətin diqqətini cəlb etməmək üçün mediadan gizlədilib.

Pakistan Xarici İşlər Nazirliyinin yüksək mənsəbli bir rəsmisi Putinin Şərifə təbrik məktubu yazdığını təsdiqləyib.

Putinin iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək istəyində olduğunu bildirib: . 

"Ölkələrimiz arasında dostluq və konstruktiv münasibətlər var. Ümidvaram ki, siz Baş nazir kimi Rusiya ilə Pakistan arasında sıx çoxtərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə, həmçinin Əfqanıstandakı vəziyyətin həllinə və beynəlxalq terrorizmlə mübarizəyə töhfə verməyə çalışacaqsınız".

“Ekspress Tribune”nin məlumatına görə, Şahbaz Şərif Putinə təşəkkür edib və iki ölkə arasında ikitərəfli əlaqələr, eləcə də Əfqanıstanla bağlı əməkdaşlıq haqqında oxşar hissləri ifadə edib.



Xəbəri paylaş

278 dəfə oxunub.

Digər xəbərlər