Saytımızı qiymətləndirin


 
 

Millimizin üzvü Almaniyada daha bir qol vurdu
Tarix: 24-04-2022 | Saat: 19:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilib.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Hanza Rostok”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da millimizin yarımmüdafiəçisi vurub. Dmitri 45-ci dəqiqədə komanda yoldaşının ötürməsini dəqiq zərbə ilə tamamlayaraq hesabı 2:1 edib. Amma fasilədən sonra daha bir qol buraxan auelilər qələbəni əldən veriblər.

Qeyd edək ki, 31 oyundan sonra 23 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər