Saytımızı qiymətləndirin


 
 

Cüdoçularımız Avropa Kubokunun ilk yarış günü 2 qızıl medal qazanıb
Tarix: 23-04-2022 | Saat: 22:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

LIVE: Жүдо бөхийн ДАШТ 5 дахь өдөр: Шигшээ барилдаан

Azərbaycan milli yığma komandası üçün Dubrovnik şəhərində keçirilən Avropa Kubokunun ilk yarış günü müvəffəqiyyətlə başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa Kuboku turnirinin ilk yarış günündə Azərbaycan milli komandası aktivinə 2 qızıl və 1 bürünc medal qazandırıb.

Belə ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İsmayıl İbrahimov italiyalı rəqibi Leanardo Valeriyanini məğlub edərək qızıl medala sahib olub. 73 kq çəki dərəcəsində yarışan idmançımız Nəriman Mirzəyev italiyalı rəqibi Qabriyele Sulli üzərində qələbə qazanaraq yarışı qızıl medalla başa vurub.

60 kq çəki dərəcəsində yarışan idmançımız Nazir Talıbov niderlandlı Bart Velinqə qalib gələrək bürünc medal qazanıb.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər