Rusiya ilə Ukrayna arasında gedən müharibənin 59 günü arxada qalıb. Rusiya cəbhəsi strateji baxımdan çox vacib sayılan Mariupolu ələ keçirdiyini açıqlayıb.
Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, İstanbul danışıqlarından sonra prezident Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar apara biləcəyini açıqlayıb.
Putin onun şərtlərini qəbul edib konkret addımlar atmaq müqabilində Zelenski ilə görüşə biləcəyini bildirib.
Putin Zelenskinin qarşısına bir neçə şərt qoyub:
- Ukrayna NATO-ya qarşı neytrallıq bəyannaməsi verməli və konstitusiyasını bu şəkildə tənzimləməlidir.
- Krım Rusiya ərazisi kimi tanınmalıdır
- Öz müstəqilliyini elan edən Donetsk və Luqansk iddia etdiyi sərhədlər çərçivəsində tanınmalıdır
- Ukraynada ruslara, rus mədəniyyətinə qarşı zülmə son qoyulmalıdır
- Ukrayna tam tərksilah edilməlidir