Saytımızı qiymətləndirin


 
 

“Oğlum gülə-gülə o dünyaya getdi...” - Dostları Natiqlə vidalaşdı
Tarix: 23-11-2017 | Saat: 14:35
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

“Oğlum gülə-gülə o dünyaya getdi...”

Oxunma sayı: 2891

 

Noyabrın 22-də gecə saatlarında evində ürəktutmasından vəfat edən Azərbaycanın tanınmış jurnalisti Natiq Qədimovla dostları vidalaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, mərhumun nəşi saat 13 radələrində Nərimanov rayonunda yaşadığı mənzildən götürülüb. N.Qədimov Maştağa qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək. 

Vida mərasimində mərhumun yaxınları və media nümayəndələri iştirak edib.

N.Qədimovun atası Aydın Qədimov deyib ki, oğlu heç vaxt səhhətindən şikayət etməyib: "Oğlum gülə-gülə o dünyaya getdi".

***

N.Qədimovun nəşi Maştağa qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

Murad Əhməd

Fotolar: Pərvin Zeynal

 










Xəbəri paylaş

694 dəfə oxunub.

Digər xəbərlər