Saytımızı qiymətləndirin


 
 

Paşinyan Qarabağ ermənilərinə söz verdi
Tarix: 22-04-2022 | Saat: 16:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ erməniləri ilə ictimai müzakirələr aparılmadan Azərbaycanla hər hansı sənəd imzalanacağını istisna edib.

 

Qarabaginfo.az xəbər verir ki, N.Paşinyan bu barədə aprelin 22-də hökumətin iclasında çıxışı zamanı bildirib.

 

Baş nazir deyib ki, erməni xalqının arxasından Qarabağın taleyini həll etməyəcəyinə dəmir zəmanət verir.
 

Nikol Paşinyanın sözlərinə görə, ölkə hakimiyyəti Azərbaycanla danışıqların təfərrüatlarını xalqdan gizlətməyib.

Onun sözlərinə görə, hazırda Ermənistan cəmiyyəti Azərbaycanla danışıqların predmeti olan bütün sənədlərin, o cümlədən rəsmi Bakının təqdim etdiyi 5 bəndlik sülh paketinin məzmunu ilə tanışdır.

"Biz diplomatik dövlətlərarası münasibətlərin etikası imkan verdiyi qədər bu kursumuzu davam etdirəcəyik", - baş nazir bildirib.

Xatırladaq ki, aprelin 6-da Brüsseldə keçirilən danışıqlarda Ermənistan və Azərbaycan liderləri aprelin sonunadək sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. Söhbət ikitərəfli komissiyadan - sərhəd məsələlərini həll etmək və İrəvanla Bakı arasında sülh danışıqlarına başlamaq üçün işçi qrupdan gedir.



Xəbəri paylaş

247 dəfə oxunub.

Digər xəbərlər