Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: “Türkiyə Aİ-dən birliyə tam üzvlük üçün konkret addımlar gözləyir”
Tarix: 18-04-2022 | Saat: 23:36
Bölmə:Karusel / Region | çapa göndər

Ərdoğan: "Həkim tərəfindən müayinə olundum, mənfi hal aşkarlanmadı"

Türkiyə hələ də Avropa İttifaqına daxil olmağı özünün strateji hədəfi hesab edir və Aİ-yə tam üzvlük üçün konkret addımlar gözləyir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə lideri Ankarada iftar mərasimində müxtəlif ölkələrin səfirləri qarşısında çıxış edərkən deyib.

“Ukrayna kontekstində baş verən son hadisələr Türkiyənin NATO-dakı əhəmiyyətini açıq şəkildə nümayiş etdirdi. Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır. Müharibənin qlobal miqyasda mənfi nəticələri Türkiyənin Aİ üçün, xüsusilə də bu sahədə strateji əhəmiyyətini göstərdi. Mən Aİ-nin tamhüquqlu üzvlük perspektivimiz əsasında konkret və mənalı addımlar atacağını gözləyirəm”.

Qeyd edək ki, 1964-cü ildən Avropa Birliyinin assosiativ üzvü olan Türkiyə 1987-ci ildə Aİ-yə üzv olmaq üçün müraciət edib. Onun Aİ-yə qəbulu ilə bağlı danışıqlar prosesi 2005-ci ildə başlayıb. Birliyə qoşulmaq üçün Türkiyə Avropa Komissiyası ilə 35 danışıqlar nöqtəsindən 33-ü üzrə danışıqları uğurla başa çatdırmalıdır (ikisi razılaşma tələb etmir). Bundan sonra Aİ ölkələri Türkiyənin Avropa Birliyinə üzvlüyünə yekdilliklə səs verməlidir.

2017-ci il iyulun 6-da Avropa Parlamenti Aİ ölkələrini və Avropa Komissiyasını Türkiyənin konstitusiyaya dəyişikliklər edənə qədər Türkiyənin üzvlüyü ilə bağlı danışıqları dayandırmağa çağıran qətnamə qəbul edib.(Report)



Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər