Saytımızı qiymətləndirin


 
 

Fransada prezident seçkilərinin birinci turunun yekun nəticələri açıqlanıb
Tarix: 14-04-2022 | Saat: 00:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Makron ÜST ölkələrini xəstəliklər barədə informasiyanı gizlətməməyə çağırıb » Neqativ.com

Fransada Konstitusiya Şurası prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqlayıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, ölkə prezidenti Emmanuel Makron 9,78 milyon, ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen isə 8,13 milyon səs toplayıb.

Səsvermə hüququna malik olan ümumilikdə 48,7 milyon nəfərdən 35,9 milyonu seçkiyə qatılıb.

Konstitusiya Şurası rəsmi olaraq elan edib ki, Makron və Le Pen prezident seçkilərinin ikinci turunda iştirak etmək hüququna malikdirlər.

Qeyd edək ki, prezident seçkilərinin birinci turu aprelin 10-da baş tutub. Seçki yarışında 12 namizəd iştirak edib. Bülletenlərin 100%-ni emal etdikdən sonra ikinci müddətə namizədliyini irəli sürən Fransa Prezidenti Emmanuel Makron 27,84%, Le Pen 23,15% səs toplayıb.

Beləliklə, aprelin 24-də keçiriləcək ikinci turda Yelisey sarayı uğrunda final duelində Makronla Le Pen mübarizə aparacaq.



Xəbəri paylaş

1302 dəfə oxunub.

Digər xəbərlər