Saytımızı qiymətləndirin


 
 

Çexiyada qaçqınların sayı 1 milyona çata bilər
Tarix: 13-04-2022 | Saat: 23:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Çexiyada qaçqınların sayı 1 milyona çata bilər

Əgər Ukraynada baş verən hadisələr ən pis ssenari üzrə inkişaf edərsə, bu halda Çexiyaya gələn qaçqınların sayı 1 milyon nəfərə çata bilər.

Qarabaginfo.az xəbər verir ki, bu məlumat Çexiya hökumətinin informasiya bülletenində dərc olunub.

Qeyd edilir ki, Ukrayna hadisələrinin inkişafının mötədil ssenari də var. Həmin ssenariyə görə qaçqınların sayı indiki səviyyədə qalacaq. Hazırda Çexiyada olan 300 min ukraynalının inteqrasiyası Çexiya dövlətinə azı 1,5 milyard avroya başa gələcək.

Ukrayna ilə Çexiyanın ortaq sərhədi olmadığına görə, Çexiyada ukraynalı qaçqınların dəqiq sayını hesablamaq mümkün deyil. Əgər belə bir sərhəd olsaydı, həmin sərhəddən keçən vətəndaşların uçotunu aparmaq olardı. Lakin bu da məlumdur ki, Ukraynada müharibə başlanandan bəri Praqa qaçqınlara 280 mindən çox xüsusi viza verib.

 



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər
11-12-2021, 13:02 Sabah yağış yağacaq
28-01-2021, 22:47 Xəzərdə zəlzələ olub