Tarix: 13-04-2022 | Saat: 00:50
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi davam edir.
Qarabaginfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 00:00-a olan məlumatına əsasən, küləyin ani maksimal sürəti Ağdam, Naftalan, Bərdə və Tərtərdə 28-30 m/s, Zərdabda 28 m/s, Şəmkirdə 24 m/s, Şəkidə 25 m/s, Göyçayda 22 m/s, Gəncə, Neftçala, Sabirabadda 20 m/s, Ceyrançöldə 17 m/s, Biləsuvar, Xaltanda 16 m/s, Kürdəmirdə 15 m/s, Ağstafa və Tovuzda 14 m/s-ə çatıb.
Bakıda və Abşeron yarımadasında: Bakıda 25 m/s, Maştağada 23 m/s, Pirallahı, Binədə 19 m/s, Çilov adası, Neft Daşlarında 18 m/s -dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrdir.
Şimal-qərb küləyinin sürətinin aprelin 13-ü gecə 25-30 m/s, səhər saatlarında isə 18-23 m/s, gündüz 15-18 m/s-dək olacağı, axşam isə 12 m/s-dək mülayimləşəcəyi gözlənilir.
Digər xəbərlər