Saytımızı qiymətləndirin


 
 

Bakı Nəqliyyat Agentliyi nizamnamə kapitalının artırılmasını istəyir
Tarix: 12-04-2022 | Saat: 18:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakı Nəqliyyat Agentliyi cəbhə bölgəsinə daha 6500 təkər göndərib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Nəqliyyat Agentliyi (BNA) nizamnamə kapitalının artırılması üçün hökumətə müraciət edib.

Məlumata görə, Agentliyin 2020-ci il üzrə təsərrüfat fəaliyyətini Hesablama Palatası audit edib. 2021-ci ilin fevral ayında başlayan audit yoxlaması zamanı ortaya çıxan məqamlar Palatanın tövsiyələri nəzərə alınmaqla həll edilir. Yoxlama başlayana qədər dövlət büdcəsinin investisiya xərcləri hesabına alınması planlaşdırılan 415 avtobusdan 395-i Bakıya idxal olunub. 20 avtobusun idxalı isə 2021-ci ildə təmin edilib. Avtobusların paytaxta çatdırılması müqavilədə əksini tapan və istehsal prosesi nəzərə alınmaqla hazırlanan cədvələ uyğun olaraq icra edilib. Pandemiya, eləcə də digər mövcud reallıqdan irəli gələn təsirlərə baxmayaraq, avtobusların çatıdırlması ləngimədən həyata keçirilib. 415 avtobusun idxalı tam yekunlaşdıqdan sonra nizamnamə kapitalının artırılması üçün müraciət olunub.

Xatırladaq ki, 2020-ci ilin yekununda BNA-nın nizamnamə kapitalı 49,068 milyon manat təşkil edib.



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər