Saytımızı qiymətləndirin


 
 

Soltan Məmmədov: “Prezidentin sosial siyasətinin məqsədi vətəndaşların rifahını yaxşılaşdırmaqdır”
Tarix: 11-04-2022 | Saat: 19:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Soltan Məmmədov: “Fransa rəsmilərinin son açıqlamaları bu ölkənin tərəfsizliyinə çox ciddi şübhələr yaradıb”

“Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasətin ən başlıca məqsədi vətəndaşların rifahını daha da yaxşılaşdırmaqda ibarətdir. Təkcə son 4 ildə minimum əmək haqqının 2,3 dəfə, orta aylıq əmək haqqının 40 faizə yaxın, minimum pensiyaların 2,2 dəfə artırılması, eləcə də həssas qrupların sosial təminatının gücləndirilməsi istiqamətində atılan addımlar bunu təsdiq edir”.

Qarabaginfo.az bildirir ki, bu fikirləri APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov deyib.

Millət vəkili bildirib ki, məhz ölkə Prezidentinin müəyyən etdiyi prinsiplərə uyğun olaraq büdcəyə daxil olan əlavə gəlirlər tam həcmdə sosial sahəyə yönəldilir:

“Yüksək və ədalətli sosial təminat Azərbaycanın sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri sırasına daxil edilib. Ötən il qəbul olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlanan sənəddə bu öz təsbitini tapıb. Hesab edirəm ki, bu bir daha vətəndaşların rifahının Azərbaycan dövləti üçün nə qədər vacib olduğunu göstərir. 2018-ci ildən sonra cənab Prezidentin fərman və sərəncamları əsasında ölkə əhalisinin yarısını əhatə edən və illik maliyyə dəyəri 6,5 milyard manat olan 3 sosial islahat paket icra olundu. Bu ilin əvvəlindən isə 3,4 milyon şəxsi əhatə edən əmək haqqı, pensiya və digər sosial ödənişlərin artırılmasına əlavə 2,1 milyard manat ayrılıb.”

S. Məmmədov şəhid ailələri və müharibə əlillərinin problemlərinin də daim diqqət mərkəzində saxlanıldığını xatırladıb:

“Qeyd edib ki, ötən müddətdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edilməsi, 12 min şəhidin 18 mindən çox vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi, 7400 müharibə əlilinin minik avtomobili ilə təminolunması Azərbaycanda bu həssas qrupun nümayəndələrinə göstərilən yüksək diqqətin təzahürüdür. “Eyni zamanda, “YAŞAT” Fondunun fəaliyyəti, yüzlərlə şəhid ailəsinə, müharibədə ağır xəsarətlər almış hərbçilərin müalicəsinə və digər problemlərinin həllinə göstərilən diqqət, verilən dəstək Azərbaycan cəmiyyətində həmrəyliyin və birliyin nə qədər güclü olduğunu təsdiq edir. Hesab edirəm ki, bütün bunlar məhz dövlətin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir”.

S. Məmmədov qeyd edib ki, Azərbaycanda həyata keçirilən sosial islahatlar nəticəsində sosial xidmətlərin daha şəffaf və vətəndaşlar üçün əlçatan mexanizmləri yaradılıb. Sosial sahədə 173 xidmətdən 110-unun elektron platforma üzərindən həyata keçirilməsi vətəndaş-məmur ünsiyyətini minimuma endriməklə yanaşı, korrupsiya riskini də aradan qaldırır. Millət vəkili bildirib ki, Azərbaycan dövlətinin artan iqtisadi imkanları və dövlətin həyata keçirdiyi siyasət sosial təşəbbüslərin bundan sonra da davam etdiriləcəyini söyləməyə əsas verir.



Xəbəri paylaş

1215 dəfə oxunub.

Digər xəbərlər