Saytımızı qiymətləndirin


 
 

“Mançester Siti” – “Liverpul” oyununda qalib müəyyənləşmədi
Tarix: 11-04-2022 | Saat: 00:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Mançester Siti” – “Liverpul” oyununda qalib müəyyənləşmədi

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun mərkəzi qarşılaması keçirilib.

Qarabaginfo.az xəbər verir ki, çempionatın lideri "Mançester Siti" doğma meydanda əzəli rəqibi, ikinci pillədə qərarlaşan "Liverpul" komandasını qəbul edib.

Görüş 2:2 hesablı heç-heçə başa çatıb. Qarşılaşmada hesabı meydan sahibləri erkən qolla açıblar. Belə ki, 5-ci dəqiqədə Kevin De Brüyne komandasını önə keçirib. Lakin "şəhərlilər"in üstünlüyü cəmi 8 dəqiqə çəkib.

Dioqu Jota hesabı bərabərləşdirib. Daha sonra - 36-cı dəqiqədə Qabriel Jezus "Liverpul"u yenidən meydanın mərkəzinə dəvət edib. "Liverpul"un heyətində Sadio Mane 46-cı dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 74-ə çatdıran "Mançester Siti" zirvədəki mövqeyini qoruyub. Liderdən 1 xal geri qalan "Liverpul" isə 2-ci pillədə qərarlaşıb.

Ötən gün turun açılış matçında "Mançester Yunayted" səfərdə "Everton" komandasının qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi 27-ci dəqiqədə Entoni Qordon olub. Bu qələbə sayəsində "Everton" xal ehtiyatını 51-ə çatdıraraq turnir cədvəlində 17-ci, "Mançester Yunayted" isə 51 xalla 7-ci yerdə qərarlaşıb.

Günün ən məhsuldar görüşü "Southemton" və "Çelsi" komandaları arasında qeydə alınıb. London təmsilçisi səfərdə rəqibinə altı cavabsız qolla qalib gəlib. "Çelsi"nin heyətində Meyson Mount və Timo Verner dublu ilə yadda qalıb. Digər qolları Markos Alonso və Kay Haverts vurub. "Çelsi" 62 xalla üçüncü, "Southemton" isə 36 xalla 13-cü yerdədir.

Turun digər görüşlərində "Arsenal" öz meydanında "Brayton"a (1:2), "Uotford" isə "Lids Yunayted"ə (0:3) məğlub olub. Dördüncü pillədə qərarlaşan "Tottenhem" isə səfərdə "Aston Villa"nı darmadağın edib - 0:4.

 



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər