Tarix: 08-04-2022 | Saat: 07:46
Bölmə:Karusel / Dünya | çapa göndər
Koreya Respublikasının cənubunda yerləşən Mara adası yaxınlığında sahil mühafizəsi helikopterinin qəzaya uğraması nəticəsində iki ekipaj üzvü həlak olub, bir nəfər itkin düşüb.
Bu barədə məlumatı yerli polis orqanları yayıb.
Bildirilir ki, göyərtəsində dörd nəfərin olduğu Sikorsky S-92 helikopteri yerli vaxtla 1:32-də Mara adasının 370 kilometr cənub-qərbində radarlardan itib.
Heyət üzvlərindən yalnız biri yaxınlıqda olan sahil mühafizəsi xidmətinin qayıqları vaxitəsi ilə xilas edilib.
Helikopter Tayvan sahillərində yedəkçi-gəmidə itkin düşmüş heyəti xilas etmək üçün axtarış-xilasetmə əməliyyatlarına cəlb olunubmuş.
Hazırda yeddi Sahil Mühafizəsinin patrul kateri, Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi və şəxsi balıqçı qayıqları da daxil olmaqla 17 gəmi itkin düşmüş ekipaj üzlərini xilas etmək üçün ərazidə axtarış aparır.(Apa)
Digər xəbərlər