Saytımızı qiymətləndirin


 
 

Böyük Britaniya Ukraynanı zirehli texnika ilə təmin edəcək
Tarix: 07-04-2022 | Saat: 11:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Böyük Britaniya Ukraynanı zirehli texnika ilə təmin edəcək

 


Böyük Britaniya Ukraynaya “Mastiff” və ya “Çakal” zirehli maşınlarını göndərməyə hazırlaşır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə The Times məlumat yayıb. Britaniya Müdafiə Nazirliyi “Mastiff” kimi zirehli texnikanın göndərilməsi variantlarını nəzərdən keçirir, həmçinin kəşfiyyat və ya uzaq məsafəli patrul kimi istifadə edilə bilən “Çakal” kimi avtomobillərinin göndərilməsi planlaşdırılır. 

Bundan əlavə, nəşr mənbəyə istinadən xəbər verir ki, Britaniya qoşunları təlimlər üçün Ukrayna ilə qonşu ölkəyə göndəriləcək.

Nəşrin məlumatına görə, “Böyük Britaniya yaxın günlərdə tank əleyhinə və zenit-raket kompleksləri də daxil olmaqla əlavə dəstəyi açıqlayacaq.

Mastiff zirehli transportyorunun iki yan qapısı var. 6-8 tam təchiz olunmuş döyüşçü üçün nəzərdə tutulmuşdur. Zirehli gövdə yalnız 7,62x51 mm çaplı atıcı silahlardan və döyüş sursatı parçalarından müdafiəni təmin edə bilər.

Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, Odessanı qorumaq və Rusiya prezidenti Vladimir Putinin Ukraynanın cənubu ilə bağlı planlarını pozmaq üçün silah tədarük etmək niyyətindədir.

Aprelin 3-də Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynaya yeni müdafiə yardımı paketi haqqında razılığa gəliblər. "Biz Ukraynaya yeni müdafiə dəstəyi, yeni paket haqqında razılığa gəldik " - deyə Zelenski o zaman bildirib.



Xəbəri paylaş

357 dəfə oxunub.

Digər xəbərlər