Saytımızı qiymətləndirin


 
 

Ötən ay elmi dərəcə verilən şəxslərin açıqlanıb
Tarix: 06-04-2022 | Saat: 10:51
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Kitab dəftər mağazasına Satıcı bəy tələb olunur., İş-elanları, Vakansiyalar Ticarət, | elan174362

Prezident yanında Ali Attestasiya Komissiyası mart ayı üçün elmi dərəcə və elmi ad alan, xarici ölkədə verilən elmi dərəcə haqqında sənədi tanınmış iddiaçıların sayını açıqlayıb.

Komissiyadan Qarabaginfo.az-a verilən məlumata görə, ötən ay 48 nəfərə fəlsəfə doktoru, 5 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə 21 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bundan başqa, mart ayında 26 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib, 1 nəfərə isə elmi ad verilməsindən imtina edilib. Eyni zamanda, 4 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.

Mart ayı üzrə 82 dissertasiya müdafiə edilib. Onlardan 35-i elmi müəssisələrdə, 47-si ali təhsil müəssisələrində, 73-ü fəlsəfə doktorluğu üzrə, 9-u isə elmlər doktorluğu üzrə olub.(Report)



Xəbəri paylaş

1237 dəfə oxunub.

Digər xəbərlər