Saytımızı qiymətləndirin


 
 

İcevan uşağı “Qarabağ klanı”na qarşı
Tarix: 05-04-2022 | Saat: 14:13
Bölmə:Karusel / Region | çapa göndər

 İcevan uşağı “Qarabağ klanı”na qarşı

Səhəri maraqlı bir xəbərlə açdıq. Sabahkı Brüssel görüşündən öncə erməni müxalifəti yenə hoqqabazlıq etməklə məşğuldur. Erməni mətbuatı, xüsusən də müxalifyönümlü erməni xəbər saytları müxalifətin bu gün İrəvanda genişmiqyaslı etiraz aksiyası təşkil edəcəyi ilə bağlı xəbərləri tirajlayırlar.

Ölü erməni müxalifəti

Müxalif “Hayastan” və “Patev unem” fraksiyalarının canına yenə vəlvələ düşüb. Onlar Baş nazir Nikol Paşinyanı sabahkı Brüssel görüşündən çəkindirmək istəyirlər. O cümlədən Paşinyanı “Artsax”ın “taleyinə” “biganə” yanaşdığına görə tənqid edir, onu Vətənə xəyanətdə ittiham edirlər. Yenə köhnə hamam, köhnə tas.

30 ildən çoxdur “Mets Hayastan” arzusu ilə yanıb alışan, lakin xalqı güdaza verməkdən başqa əllərindən bir şey gəlməyən Robert Koçaryan və Serj Sarkisyanın komandası bu gün də erməni milli məfkurəsinin şah damarından – “Artsax” və Ermənistanın bütövlüyü məsəlisindən yapışaraq xalqı ayağa qaldırmağa çalışır.

Acından günorta duran erməni

Hraparak yazır: ““Artsax xalqı” ümidsizliyə düçar olur, onlar başa düşürlər ki, Ermənistan hökumətinin əl-qolu bağlıdır, hətta onlar “Artsax”ın yerini də unudub. Nikol Paşinyanın hər adi çıxışından sonra bu zəifləyən əhval-ruhiyyə daha da güclənir. Paşinyan hökumətinin son iclasındakı çıxışından sonra “Artsax”da mühacirət əhval-ruhiyyəsi yüksəldi. İnsanlar başa düşdülər ki, Ermənistan artıq onların təhlükəsizliyinin qarantı deyil və Ermənistanın Baş naziri onların iradəsini soruşmadan onların taleyinə nəzarət etməyə hazırlaşır”.

Onsuz da erməni mediasının 90%-i sınıx-salxax qalmış müxalifətin xaricdən aldığı dotasiyalarla dolanır. Parlament seçkilərində 25% səs çoxluğu ilə seçilə bilməyən müxalifətin parlamentdə cıqqırını çıxara bilməməsinə baxmayaraq, başda “Hraparak” olmaqla öz təbliğat maşınlarının vasitəsilə onlar öz dünyalarında hürüşməklə məşğuldurlar. Acından günorta duran ermənilərin qarnını isə “Artsax” kimi boş-boş söz-söhbətlərlə doldurmağın dövranı çoxdan keçib. Atalar demişkən, “Öldü o babalar”.

İcevan uşağı “Qarabağ klanı”na qarşı

2018-ci ildə Sarkisyan iqtidarını devirərək hakimiyyətə gələn icevanlı Nikol bu gün Ermənistanda söz sahibi olan yeganə adamdır. Milli Assamblyeda hər çıxışında müxalifəti yerin dibinə soxmaqla, əslində, o, reallıqları erməni cəmiyyətinin də gözünə soxur. Doğrudur, bəzən o, sərsəm açıqlamalarla çıxış etsə də, müharibədən öncə Xankəndidə “Qarabağ Ermənistandır” və s. kimi çıxışlarla erməniləri şəhvətə gətirsə də, hazırda yüz ölçüb-bir biçərək Azərbaycanla danışıqlara can atır. 

Hətta müxalifətin etirazlarına rəğmən, Türkiyə ilə də əlaqələrin qurulmasında canfəşanlıq edir. Qısacası, İcevan uşağı bu saat bütün “Qarabağ klanı”nını qarşısına alıb və onlara başa salır ki, dediyim dedikdir... Hə, bir də sabahkı Brüssel görüşünü də buna aid etmək olar.(Yenisabah)



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər