Saytımızı qiymətləndirin


 
 

Araxamiya: "Zelenski və Putinin görüşü üçün demək olar hər şey hazırdır"
Tarix: 03-04-2022 | Saat: 04:58
Bölmə:Karusel / Dünya | çapa göndər

Araxamiya: "Zelenski və Putinin görüşü üçün demək olar hər şey hazırdır"

Rusiya Ukraynanın İstabulda təklif etdiyi sülh müqaviləsi layihəsini Krım hissəsi istisna olmaqla şifahi şəkildə qəbul edib.

Bunu Ukrayna nümayəndə heyətinin başçısı David Araxamiya bildirib.

Araxamiyanın sözlərinə görə, Rusiya tərəfi Zelenski və Putinin görüşü üçün lazım olan sənədlərin ilkin variantı üzərində işi başa çatdırıb. Görüş böyük ehtimalla İstanbulda keçiriləcək. İşçi qrupa yekun sənədi deyil, prezidentlərin ehtimal olunan görüşündə müzakirə ediləcək sualları hazırlamaq tapşırılıb.

Hazırda Kiyev Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək ölkələrlə fəal iş aparır. 3 NATO ölkəsi – Türkiyə, Almaniya və İtaliya buna razılıq verib. Rəsmi Kiyev nüvə dövlətlərindən birinin də zamin olmasını istəyir. Bu məqsədlə Çinlə danışıqlar aparılır.



Xəbəri paylaş

1951 dəfə oxunub.

Digər xəbərlər