Saytımızı qiymətləndirin


 
 

Bakıda döyüşə yararlı qumbaralar tapıldı - Video
Tarix: 02-04-2022 | Saat: 12:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda döyüşə yararlı qumbaralar tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində partlayış təhlükəli əşyaların aşkar edilməsi barədə məlumat daxil olub.

Qarabaginfo.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerindən döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası və UZRQM-2 markalı qumbaranın 3 ədəd partladıcısı olduğu müəyyən edilib.

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.



Xəbəri paylaş

237 dəfə oxunub.

Digər xəbərlər