Saytımızı qiymətləndirin


 
 

Apellyasiya Məhkəməsi: Çovdarovun işi icraata daxil olmayıb
Tarix: 30-03-2022 | Saat: 20:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Akif Çovdarov

Bakı Apellyasiya Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, məlumatda bildirilib ki, kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmiş cinayət işi indiyədək Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmayıb.

Qeyd olunub ki, həmin işlə bağlı Bakı Apellyasiya Məhkəməsindən kütləvi informasiya vasitələrinə hər hansı məlumat verilməyib.

Xatırladaq ki, bir müddət əvvəl Ali Məhkəmə Akif Çovdarovun müsadirə olunan əmlaklarının geri qaytarılması ilə bağlı kassasiya qərarını elan edib. Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunaraq iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər