Saytımızı qiymətləndirin


 
 

Zelenski Belarusdan gələn mümkün hücum barədə komandanlığa tapşırıq verib
Tarix: 17-06-2022 | Saat: 00:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zelenski Belarusdan gələn mümkün hücum barədə komandanlığa tapşırıq verib

Ukrayna Prezidenti Vladimir Zelenski Belarusdan yeni mümkün hücum təhlükəsi ilə bağlı iclas çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov “Talk Great Lviv” proqramının efirində açıqlama verib.

Bildirilib ki, Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının komandanına dörd ərazidə yoxlama barədə tapşırıq verib.

“Belarus istiqamətinə gəlincə, nəzərinizə çatdırmaq istəyirəm ki, burada Milli Təhlükəsizlik və Müdafiə Şurasından əlavə, ali baş komandanın qərargahı da var.

Dünən prezident qərargaha zəng vurdu və konkret olaraq Belarus məsələsi müzakirə olundu. Bütün orqanlar Belarus ordusunun hansı vəziyyətdə olması barədə qiymətləndirmə aparıb. Bütün prosseslər isə prezidentin nəzarətindədir.

Nəticə etibarı ilə indi dörd istiqamətdə yoxlamalara başlanılıb. Əgər hər hansı bir çağırış olarsa buna hazır olmalıyıq”,- deyə Aleksiy Danilov bildirib.

Danilov yoxlamanın hansı ərazilərdə aparılacağını açıqlamayıb.

Qeyd edək ki, Belarusiya Ukraynanın 5 regionu ilə Çerniqov, Kiyev, Jitomir, Rivne və Volın ilə həmsərhəddir.



Xəbəri paylaş

1218 dəfə oxunub.

Digər xəbərlər